Kursun məqsədləri: “Təhsil tarixi” kursu təhsilin yaranması, inkişafı, müxtəlif ölkələrdə təhsil siyasəti və formalarını, həmçinin Azərbaycanda təhsil tarixini hərtərəfli öyrənir. Tələbələrin təhsil tarixi haqqında biliklərini daha da genişləndirməyə və gələcək fəaliyyətlərində tətbiq etməyə imkan verir.

Kursun məzmunu: “Təhsil tarixi” kursu tələbələrə təhsil tarixi haqqında ümumi bilikləri, Azərbaycan və dünya təhsili tarixi fundamental biliklər verir. Təhsilin inkişafını və müasir təhsil tarixini öyrənməyə xidmət edir.

Kursun nəticələri: 

·     Təhsilin yaranması, inkişafı, dünya təhsil tarixi, Azərbaycanda təhsil tarixi haqqında biliklərə malik olmaq;

·     Antik dövrlərdə Qədim Roma və Yunanıstanda təhsilin inkişafı haqqında biliklərə malik olmaq;

·     Qədim Şərqdə və Kiyev Rusunda təhsilin tarixi və inkişafı haqqında biliklərə malik olmaq;

·     XVIII, XIX və XX əsrlərdə dünyanın  müxtəlif ölkələrində təhsilin inkişaf tarixi haqqında məlumatlara malik olmaq;

·     Azərbaycanda təhsil və məktəb tarixini bilmək;

Müasir təhsil və məktəb tarixini bilmək.

Kursun məqsədləri: Təhsilə giriş kursu bü gün təhsildə qarşıya çıxan problemləri, demoqrafiyanı, təhsilin qeyri-ənənvi şəraitdə insan inkişafında və təhsildə dəyişən fikirləri hərtərəfli öyrənir.  Əsas təhsil fəlsəfələrinin tədris prosesi, metodları, kurikulum və təhsilin idarəolunmasını araşdırır, təhsilin məqsədlərini, metodlarını və kurikulumunu inkişaf etdirməyə kömək edir.

Kursun məzmunu: “Təhsilə giriş” kursu tələbələrə təhsilin üumumi anlayışları, Azərbaycan və dünya təhsili tarixi, Azərbaycan təhsil sistemi haqqında fundamental biliklər verir. Bu kurs tələbələrə təhsilin fəlsəfi əsasları haqqında biliklər verir və onlara təhsil təcrübəsində və nəzəriyyəsində olan problemləri anlamağa kömək edir.


Kursun nəticələri: 

·     Təhsil, onun yaranması, inkişafı, Azırbaycanda təhsil tarixi haqqında biliklərə malik olmaq. Təhsilin məzmunu, formaları, Azərbaycanda təhsil pillələri haqqında bildiklərini nümayiş etdirmək;

·     Təhsildə hansı tədqiqat metodlarından istifadə olunduğunu, tədqiqatın necə aparıldığını və akademik məqalələrin necə tərtib olunduğunu bilmək və təcrübi olaraq kiçik araşdırma aparmağı bacarmaq;

·     Təhsilin digər elmlərlə əlaqəsini, təhsilin, fəlsəfi-sosioloji əsaslarını, məktəbin cəmiyyət və ailə ilə əlaqələri haqqında biliklərə malik olmaq;

·     Təhsildə İKT-dən istifadə, distant təhsil, ömürboyu təhsil, müxtəlif onlayn təhsil platformaları haqqında məlumata malik olmaq, onlayn təhsil platformalarından istifadə etməyi və öyrəndiklərini tətbiq etməyi bacarmaq;

Təhsilinin idarəolunması, sinfin idarə olunması haqqında biliklərə yiyələnmək, məktəbin təhsil qurumu kimi fəaliyyətini öyrənmək, ideal müəllimin keyfiyyətlərini bilmək və özündə bu keyfiyyətləri formalaşdırmaq.